
Xorvatiya milli komandasının müdafiəçisi Domaqoy Vida Azərbaycan yığmasına sataşıb. Sportnet.az-ın məlumatına görə, Kiyev "Dinamo"sunun oyunçusu Xorvatiya - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşərkən millimizlə məzələnib.
Azərbaycanla tennis oynadıqlarını deyən 25 yaşlı futbolçu İtaliyaya futbol oynamağa gedəcəklərini bildirib: "Azərbaycanla tennis oynadığımızı deməklə biz hamımız zarafatlaşırdıq. Əlbəttə, artıq bu qələbəni unutmuşuq. İtaliya millisi ilə oyunu düşünməliyik. Çünki İtaliya ilə əsl futbol oynamalı olacağıq".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü 6:0 hesabı ilə başa çatıb.