1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dario Federiko: "Sözümü meydanda deyirəm"
"Ötən həftədən yaxşı hazırlaşırdıq. Baş məşqçimizin tapşırıqları üzrə oynadıq. Məncə, bu, yaxşı alındı. Gözəl oyun nümayiş etdirdik və qələbə qazandıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Federiko evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının II tur matçından sonra deyib. İkinci qolun müəllifi olan braziliyalı hücumçu "ağ-qara" forma ilə fərqlənməsini özü üçün sevindirici hal sayıb: "Mənim üçün böyük bir sevinc hissidir ki, "Neftçi” formasıyla qol vurdum. Belə davam etməyə və qollarımı sıralamağa çalışacağam. Öz gücümə, oyunuma bələdəm. Nəyə qadir olduğumu bilirəm. "Neftçi" səviyyəsində hücumçu olmadığıma dair fikirlərə əhəmiyyət vermirəm. Sözümü meydanda deyirəm".
Azarkeşlərin dəstəyini komandası üçün vacib hesab edən Federiko növbəti turda "Qarabağ"a qalib gəlmə şanslarını dəyərləndirib: "Əlbəttə, azarkeşlər bizi dəstəkləyirlər. Onlara təşəkkür edirəm. Üzərimizdə ciddi işləyəcəyik. Çünki bizi güclü komanda gözləyir. Çalışacağıq ki, müsbət nəticə qazanaq. Çempion olmaq istəyiriksə, hər oyun qalib gəlməli, gözəl oyun nümayiş etdirməliyik. İnanıram ki, bu oyunda istədiyimiz nəticəni əldə edəcəyik".