
Futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları start götürüb.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. Bunlardan 2-si Xorvatiya və Ukraynanı təmsil edən "Dinamo" komandalarının iştirakı olub. Zaqreblilər İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmada hesabı erkən açsa da, ikinci hissənin ortalarında iki top buraxaraq, uduzub. Kiyevlilər isə Hollandiya "Ayaks"ını məyus edə bilməyib. Nəticədə hər iki "Dinamo" iki oyunun yekununda uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb. Onlar çıxışlarını Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
"Yanq Boyz" və "Ayaks"la yanaşı, Yunanıstan AEK-i də Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Afinalılar Macarıstanda 2:1 hesabı ilə yendikləri "Videoton"la evdə heç-heçə ediblər. Beləliklə, "Videoton" da Avroliqanın qrupunda oynamalı olacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. AEK (Yunanıstan) – "Videoton” (Macarıstan) - 1:1
Qollar: Petros Mantalos, 48 (p.) - Loik Neqo, 57
İlk oyun – 2:1
23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) – "Yanq Boyz” (İsveçrə) - 1:2
Qol: İzet Hayroviç, 7 - Giyom Oaro, 64 (p.); 66
İlk oyun – 1:1
23:00. "Dinamo” (Kiyev, Ukrayna) – "Ayaks” (Hollandiya) - 0:0
İlk oyun – 1:3
Qeyd edək ki, daha 3 vəsiqənin sahibi bu gün müəyyənləşəcək.