
Topaz Premyer Liqasında III turun ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın PFL-in saytına istinadən məlumatına görə, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev "İnStat”ın təhlili əsasında turun ən yüksək indeksə malik oyunçusu olub. Slavçev III turun "Neftçi” ilə matçında 62 dəqiqə meydançada olub.