"Qəbələ" klubunun futbolçusu Təmkin Xəlilzadə Azərbaycan millisinin heyətində ilk qolunu vurub.
Sportnet.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu Malta ilə Millətlər Liqasının II tur matçında fərqlənib. O, 26-cı dəqiqədə Riçard Almeydanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqqun qaytardığı topa sol ayağı ilə qüvvətli və dəqiq zərbə endirib. Bununla da Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
Tanınmış futbol statistiki Vüqar Xeyrullayevin Sportnet.az-a verdiyi məlumata görə, Təmkin Xəlilzadə Azərbaycan millisində qol hesabını açan 62-ci, rəsmi matçlarda isə ilk qolunu vuran 32-ci futbolçu olub.