Nigeriya milli komandasının yarımmüdafiəçisi Con Obi Mikel diqqət mərkəzinə düşüb. Sportnet.az-ın məlumatına görə, "Çelsi"li futbolçu ondan müsahibə almaq istəyən xanım jurnalistə qarşı kobud hərəkət edib.
Nigeriya millisinin Afrika Millətlər Kuboku oyunundan əvvəl yerli radiolardan birinin xanım aparıcısı Obi Mikelə yaxınlaşaraq, müsahibə götürmək istədiyini bildirib. Futbolçu isə öz növbəsində imtina edib. Daha sonra jurnalisti təhqir edən milli üzvü xanımı yumruqla vuraraq sinəsindən itələyib.
Qeyd edək ki, 4 turdan sonra qrupda 4-cü yerdə qərarlaşan Nigeriya millisi Afrika Millətlər Kubokunun dünənki oyununda Sudana 3:1 hesabı ilə qalib gəlib.