1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dmitri Bezotosnı 100-ə çatdı
Azərbaycan Premyer Liqasının IV turu "Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, ukraynalı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 35 yaşlı qolkiper "100”ə "Sabah”la səfər görüşündə (0:1) çatıb. Artıq 5-ci mövsümüdür əyalət təmsilçisinin formasını geyinən Bezotosnı 69 qol buraxıb.
2015-ci ilin əvvəlindən "Qəbələ”də çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.
Dmitri "Qəbələ”nin heyətində Premyer Liqada ən çox oyun keçirən 4-cü futbolçudur. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub.
Xatırladaq ki, Bezotosnı "Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də "Bakı” ilə səfər matçında (2:0) debüt edib.