Topaz Premyer Liqasının V turunun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.
Sportnet.az xəbər verir ki, rəmzi komandada "Qarabağ"dan 6, "Neftçi" və "Səbail"dən 2, "Sabah"dan isə 1 futbolçu yer alıb.
Qapıçı: Saşa Stamenkoviç ("Sabah”)
Müdafiəçilər: Şəhriyar Rəhimov ("Səbail”), Anton Krivotsyuk ("Neftçi”) - 3, Yakub Jezniçak ("Qarabağ”) - 2, Abbas Hüseynov ("Qarabağ") - 2
Yarımmüdafiəçilər: Abdulla Zubir ("Qarabağ”), Miçel ("Qarabağ”), Rahid Əmirquliyev ("Səbail”), Con Delarj ("Qarabağ”)
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi") - 2, Araz Abdullayev ("Qarabağ”)
Turun ən yaxşı oyunçusu isə "Qəbələ" ilə görüşdə (4:1) dubl edən Zubir olub.
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. Rəmzi komanda "İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.