1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənan Qurbanov: "2 xal itirdik"
"Qələbəyə köklənmiş, oyuna ciddi hazırlaşmışdıq. 4-5 gün idi Qəbələdə idik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: "Qapımız qarşısında azsaylı qol vəziyyətləri yaradılır və rəqib bunlardan maksimum istifadə edir. Hələ də bunun qarşısını ala bilmirik. İkinci hissədə tempi artırdıq. Yenə qol imkanları yaratdıq, amma yalnız birindən istifadə edə bildik.
Futbolçuların adına üzülürəm. Çünki istəkləri böyükdür, qalib gəlməyə çalışırlar. Ancaq bunu nəticəyə çevrilə bilmirik. Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq. Qol vursaq, fərqli durum yaranacaq. Bunun üçün topu tordan keçirməyimiz lazımdır. "Qara zolaq"dayıq, bu, bizdən hələ də əl çəkmir. Yenə çalışırıq ki, futbolçuları bu psixoloji durumdan çıxaraq".
Qurbanov oyun üslubunda inkişaf olduğunu video-analizlərin də sübut etdiyini vurğulayıb: "İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir".
Baş məşqçi bugünkü oyuna əsasən 2 xal itirdiklərini əlavə edib.