1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aftandil Hacıyev: "Allahın hədiyyəsindən imtina edə bilmərik"
"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi. Layiqli müqavimət apara bildik. Buna görə təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail”ın baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının VIII turunda "Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Hacıyevin komandası daha əvvəl "Zirə" ilə oyunda da limit pozulduğu üçün texniki qələbə alıb. Bu baxımdan, "Səbail" ikinci dəfə şanslı komandaya çevriləcək. Lakin gənc mütəxəssis buna elə də sevinmədiyini bildirib: "Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. "Zirə” ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qisməti, hədiyyəsidir. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Bu səhv yenə də "Qarabağ”ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdı, desəm yanılmaram. Son illərin çempionudu. Ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər".