1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" 2,5 milyon avroluq hücumçunu qaçırdıb
"Qarabağ” klubunun yay fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan daha birinin kimliyi müəyyənləşib.
Sportnet.az "Eldes Marque” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna "Şaxtyor”undan Qustavo Esekyel Blanko Leşukun transferini gözdən keçirib. 27 yaşlı argentinalı forvardın xidmətində Azərbaycan çempionu ilə yanaşı, İspaniyanın "Sportinq” və "Malyorka”, Serbiyanın "Srvena Zvezda”, Bolqarıstanın MOİK komandaları maraqlı olub.
Lakin yekunda Ukrayna əsilli 190 sm boya malik mərkəz hücumçusu 1 il müddətinə İspaniyanın "Malaqa” klubuna icarəyə verilib. Əndəlüslülər transfer qiyməti 2,5 milyon avro qiymətləndirilən futbolçunu birdəfəlik almaq hüququna malikdirlər.
"Malaqa” 10 turdan sonra 22 xalla İspaniya Sequndasının (I Divizion) lideridir. Bütün matçlarda forma geyinən Blanko Leşukun hesabında 4 qol var.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ” yay fasiləsində bir neçə əcnəbi hücumçu ilə danışıq aparasa da, yekunda sabiq forvardı İnnosent Emeqaranı transfer edib.