1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mirabdulla Abbasov: "Uduza da bilərdik"
"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"Nin futbolçusu Mirabdulla Abbasov evdə "Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
23 yaşlı hücumçu yenə qol vurmasına sevindiyini vurğulayıb. Lakin Abbasov bu qolun komandasına qələbə qazandırmamasına üzüldüyünü əlavə edib: "Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir. Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq”.
Qeyd edək ki, Mirabdulla Abbasov "Neftçi"nin 80-ci dəqiqədə vurduğu 2-ci topun müəllifi olub. Hazırda onun aktivində 5 qol var.