1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təmkin Xəlilzadə: “Qarabağ”ı yaxşı analiz etməmişdik”
"İkinci dövrəyə çox yaxşı başlamışdıq. Öz meydanımızda uğurlu seriyanı davam etdirmək istəyirdik. Avropa səviyyəli komandaya qarşı oynayırdıq. İlk hissədə də bizi topsuz qoydular, onu əldə edə bilmirdik. Amm standart vəziyyətdən qol vurduq”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə "Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçı barədə danışarkən deyib. 25 yaşlı yarımmüdafiəçi bildirib ki, buraxdıqları səhvlərdən uduzublar: "İkinci hissənin əvvəlində arzuolunmaz qol buraxdıq. Bundan sonra üstünlük tamamilə rəqibdə oldu. Alınmadı. Rəqibi incələmişdik. Görünən odur ki, rəqibi yaxşı analiz etməmişik. Bəhanə gətirmək istəmirə. Bəlkə də fasilədən sonra erkən qol buraxmasaydıq, hesab belə olmazdı. Bilirdik ki, ikinci hissə başlayan kimi rəqibi təzyiqi artıracaq. "Qarabağ" səhvləri bağışlamır”.
Azərbaycan yığmasının da üzvü olan Xəlilzadə UEFA Millətlər Liqasında qarşıdan gələn Farer adaları və Kosovo ilə görüşlər barədə də danışıb: "Millidə son illərin ən çətin oyunlarına çıxacağıq. Xalqımız adına çox şey qazana bilərik. Bu, bir ilk ola bilər. Evdə Farer adalarını məğlub edib, Kosovoya yüksək əhval-ruhiyyə ilə getməliyik. Maksimum nəticə qazanmağa çalışacağıq. Farer adaları ilə səfər matçında hava çox soyuq olduğundan, sonrakı görüşdə temperaturum var idi. Həkimlər kömək etdilər. Milli forma qızdırmaya-filana baxmır, canımızı verməyə hazırıq”.