1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: “Ona başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan”
"Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişikliklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq”.
Sportnet.az xəbər verir ki, bunu "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XI turunda "Sumqayıt” üzərində 4:1 hesablı qələbəni şəhr edərkən deyib. 47 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
- Vaqif Cavadovun yoxluğu nə ilə bağlıdır?
- Onun 3-4 gündür hərarəti var, müalicə alır.
- Amil Yunanov niyə belə yaxşı oynadı?
- Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudur. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.
- Ebrima Sohna göndəriləcək?
- Heç bir siyahım yoxdur. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, qışadək 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.
- Vaxtilə "Neftçi”də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədir?
- O, təcrübəli futbolçudur, əvvəllər də Azərbaycanda oynayıb. İndiyədək "Keşlə”də az oynayıb. 4 hücumçudan ən yaxşısı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçu ilə çıxış etdik. Bahodirin durumu hələ ki özündən asılıdır.
- "Sumqayıt”la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?
- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt”la matç deyildi. 5 müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim.
- "Keşlə”dən gedən futbolçuların yeri görünür?
- Həmişə demişəm ki, əvəzolunmaz futbolçu yoxdur, təkrarolunmaz var. Gedənlərin heç birinin yerini görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.
- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?
- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdır. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər bir baş məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidir.