
"Sumqayıt" komandasının qış hazırlıq planı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaq. İki həftəlik təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində gerçəkləşəcək. Komanda əvvəllər "Qarabağ"ın qış toplanışlarında daimi məskunlaşdığı "IC Santai Belek" otelində qalacaq.
Qeyd edək ki, yoxlama oyunlarındakı rəqiblər hələlik müəyyənləşməyib.