"Milan Obradoviçin U-21 millisinə baş məşqçi təyin olunmasına Məşqçilər Komitəsi olaraq razılıq vermişik".
Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. O, təyinatın yaxın zamanda rəsmiləşəcəyini vurğulayıb: "Hazırda yalnız AFFA-nın olunla müqavilə imzalaması məsələsi qalıb. Namizədlər içərisində Portuqaliya, Xorvatiya və Bolqarıstandan olan mütəxəssislər də var idi.
V. Sadıqov əsas milli komanda üçün namizədlərin təqdim olunmadığını bildirib.