"Monako" klubu Almaniya "Şalke"sinin futbolçusu Naldonu transfer edib.
Sportnet.az-ın knyazlıq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə 2020-ci ilin iyununadək müqavilə bağlanılıb. Braziliyalı oyunçu bu mövsüm Bundesliqadakı 7 oyununun hamısında əsas heyətdə yer alıb.
Qeyd edək ki, hazırda 13 xala malik "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu kollektiv XIX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də keçiriləcək.