
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail”in ikinci yoxlama matçının vaxtı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv yanvarın 19-da İsveçrə “Sürix”i ilə qarşılaşacaq. “Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstan “Aqvital”ını yenib - 3:2.