Hazırda Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev keçmiş komandası Slovakiya "Jilina"sına qarşı keçirəcəkləri yoxlama matçı barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu "Jilina" barədə xatirələrini bölüşüb. O bildirib ki, ən başlıca xatirəsi Slovakiya çempionluğu qazanmalarıdır. Şeydayev keçmiş komandasının hazırkı nəticələrini izləməyə çalışdığını açıqlayıb. Lakin gənc forvard kollektivdən heç kiminlə ünsiyyətdə olmadığını əlavə edib: "Klubda çoxlu dəyişikliyin olub-olmadığını demək mənim üçün çətindir. Görünür, onlar hələ də gənc oyunçuları satış üçün yetişdirirlər, əsas gücü buna qoyublar. Həmin çempionluq mövsümündə biz çoxlu qol vurduq. Hücumda oynamaq xoş idi".
Şeydayevin fikrincə, "Jilina" "Krılya Sovetov"la qarşılaşmada hücum futbolu oynayacaq: "Onların bütün oyun üslubu bundadır. "Jilina"nın çoxlu gənc oyunçusu, hücum etmək üçün böyük qüvvəsi var. "Jilina" Slovakiya çempionatının liderlərindəndir. Bizim komanda isə yenicə qurulur, qələbə qazanmaq istəyir".
Qeyd edək ki, yanvarın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Cebel Əli" stadionunda keçiriləcək "Krılya Sovetov" - "Jilina" matçı Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Ramil Şeydayev müqavilə üzrə "Trabzonspor"a məxsus olduğu vaxt "Jilina"da 2016-2017 mövsümünün ikinci yarısında icarədə əsasında çıxış edib.