
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası bu gün növbəti yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gəlib. Belek qəsəbəsindəki "Bellis Deluxe" otelinin futbol meydanında təşkil olunmuş qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 57-ci dəqiqədə İlkin Qırtımov vurub.
"Zirə" daha əvvəl Rumıniya "Voluntari"sinə qalib gəlib - 1:0. Qazaxıstan "Taraz"ı ilə görüş isə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb. Macarıstan çempionatında 18 turdan sonra "Pakş" 22 xalla 8-ci pillədə qərarlaşıb.
Yoxlama oyunu
16:00. "Zirə" - "Pakş" (Macarıstan) - 1:0
Qol: İlkin Qırtımov, 57
Belek, "Bellis Deluxe" otelinin futbol meydanı
"Zirə"nin start heyəti: 1. Orxan Sadıqlı, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev (k), 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 11. Dilan Duventru, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 88. Tellur Mütəllimov