Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın "Aue" klubunun əsas heyətindəki yerini itirə bilər.
Sportnet.az-ın məlumatına görə, səbəb komandaya yeni hücumçunun cəlb olunmasıdır. Bu, Filipp Tsulexnerdir. 29 yaşlı forvardın son klubu Avstriya "Şturm"u olub. Hazırda azad agent statusuna malik Tsulexner "Aue"də baxışdadır. Təcrübəli hücumçu bu gün "Union Fürstenvalde" ilə yoxlama matçında sınanacaq.
Tsulexnerin "Aue"yə cəlb olunmasında əsas məqsəd hücumçu Maksimilian Proninçevin komandadan ayrılmasıdır. Digər tərəfdən, Nazarov ötən mövsümkü kimi çıxış edə bilmir. O, indiyədək cəmi 2 qol vura bilib.
Qeyd edək ki, Dmitri Nazarovun Qazaxıstan "Kayrat"ına keçəcəyinə dair xəbərlər də yayılıb.