
"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Qazaxıstanın "Astana" klubu ilə yollarını ayırıb.
Sportnet.az-ın sports.kz-yə istinadən məlumatına görə, braziliyalı vingerin icarə anlaşma qarşılıqlı razılıq əsasında pozulub. "Sambaçı" müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una qayıdıb. Xəbəri futbolçunun özü də təsdiqləyib: "Sənədləri imzaladım. Yunanıstana uçuram, PAOK-a qayıdıram. Artıq orada oynayacağam".
Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da ötən mövsüm icarə əsasında çıxış edib. 2018-ci ilin yayında isə o, "Astana"ya bir illik icarəyə verilib. Qazaxıstan komandasında ümumilikdə 19 oyuna çıxan braziliyalı hücumameylli yarımmüdafiəçi 3 qol və 1 məhsuldar ötürmə müəllifi, Avropa Liqasında komandasının bombardiri olub.