
"Şəxsən mən bu sınaqdan razı qaldım. Çünki yorulmuş uşaqların futbol oynamağa can atdıqlarını gördüm. Məhz burada biz lazımi oyunu qurmalı və daha güclü addım atmalıyıq. Bu, olmadısa, deməli nəticə titrədicidir. 4 qol demək olar ki, planlaşdırdığımız saydadır".
Sportnet.az-ın məlumatına görə, bunu Bolqarıstanın "Beroe" klubunun baş məşqçisi Aleksandr Tomaş Türkiyənin Antalya bölgəsində "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları yoxlama matçı barədə danışarkən deyib. 41 yaşlı mütəxəssis oyunun böyük hissəsində komandasının səylə çalışmalarına sevindiyini bildirib: "Bizim öz səhvlərimiz var və onları düzəltməyə qadirik. Belə komandalarla bu cür matçlar bizə öz səviyyəmizi görmək imkanı verir".
Artıq 10-cu gün Antalyada olduqlarını deyən Tomaş yorğunluq fonunda komandasının oyununu görmək istədiyini vurğulayıb: "Yorğunluğa qarşı düzgün qərarlar qəbul etmək istəyirik. "Neftçi" ilə matçda biz daha yaxşı idik. Amma ayrı-ayrı səhvlər nəticəni müəyyənləşdirdi. Ona görə də həmişə demişəm ki, yoxlama oyunlarında nəticəyə önəm vermirəm. Ötən qışla müqayisədə hazırlıq prosesində daha yaxşı olduğumuzu görürəm. Bu, bizim üçün faydalı yoxlama oyunu oldu".
Qeyd edək ki, Aleksandr Tomaş futbolçu kimi 2008 - 2010-cu illərdə "Bakı" klubunda çıxış edib.