
Andre Braytenrayter Almaniyanın "Hannover" klubunun baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu qərar Bundesliqanın XIX turunda Dortmund "Borussiya"sına 1:5 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra verilib. Baş məşqçi ilə birgə köməkçisi Volkan Bulut da qovulub. Braytenrayteri kimin əvəzləyəcəyi hələlik məlum deyil. Klub məsələni ən qısa vaxtda həll edəcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda "Hannover" Bundesliqada 19 oyundan 11 xalla 18 komanda arasında 17-ci pillədə yer alıb.