Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Rusiya "Zenit"inin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib. 25 yaşlı argentinalı oyunçu ilə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Leandro Paredes 2017-ci ilin iyulunda "Zenit"lə 4 illik müqavilə imzalamışdı. Ölkəsinin "Boka Xuniors" komandasının yetirməsi olan futbolçu İtaliyanın "Roma", "Empoli" və "Kyevo" komandalarının da formasını geyinib. Paredes Argentina millisinin heyətində 9 oyunda meydanda olub.