U-15 Liqasının "Xilə" - "Keşlə" matçından sonra fiziki təzyiqə məruz qalan hakimin Cahangir Yusifzadə olduğu müəyyənləşib.
Bu barədə Sportnet.az-a AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev məlumat verib. Onun sözlərinə görə, Yusifzadə meydan sahiblərinin köməkçi-məşqçisi Əsəd Kərimov tərəfindən təhqir olunaraq, döyülüb. Görüş fevralın 2-də Şağan Olimpiya Kompleksində keçirilib və qonaqların qələbəsi ilə yekunlaşıb - 6:1.
Yusifzadə "Xilə"nin hakim idarəçiliyi ilə bağlı protokola heç bir irad yazmadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Əsəd Kərimovu 12 ay müddətinə diskvalifikasiya edib.