
İngiltərəli hakim Mark Klattenburq intizam qaydasını pozduğuna görə, qarşıdakı tura təyinat almayıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb referinin 25 oktyabrda İngiltərə Premyer liqasının IX turunda "Vets Bromviç" - "Kristal Pelas" arasındaki oyundan çıxıb Nyukasla Eda Şirananın konsertinə getməsi olub.
Qaydalara əsasən isə oyunda şəvfaflığı qorumaq üçün oyundan sonra şəhəri tərk etmək olmaz. Bundan əlavə Klattenburq konsertə getdiyi zaman "Kristal Pelas"ın baş məşqçisi Nilom Uornok ilə telefon ilə danışıb. Reqlamentə əsasən isə referi ancaq köməkçilərinin yanında klub nümayəndələri ilə danışa bilər.
Qeyd edək ki, Mark Klattenburq adı illər öncə də bir neçə qalmaqalda hallanıb. 2007-ci ildə Liverpul derbisidə "Everton"un qapısına təyin etdiyi iki penaltı və iki futbolçusunu qovması, 2012-ci ildə isə "Çelsi"nin ittihamına görə, "Mançester Yunayted" ilə oyunda "zadəganlar"ının futbolçularını təhqir etməsi olub.