
İspaniya milli komandasının və "Real Madrid"in sabiq futbolçusu Raul Qonsales karyerasını ABŞ-da davam etdirəcək. Sportnet.az-ın ESPN-ə istinadən məlumatına görə, 37 yaşlı hücumçu "Nyu-York Kosmos"la uzunmüddətli müqavilə bağlayıb.
Bu barədə rəsmi açıqlama yaxın bir neçə gün ərzində veriləcək. Raul, həmçinin ABŞ-ın II divizion klubunun akademiyasında məsləhətçi postunu tutacaq.
Qeyd edək ki, Raul Qonsales "Real Madrid"də 741 oyuna 323 qol vurub. O, Almaniyanın "Şalke" və Qətərin "Əl-Sədd" klublarında da forma geyinib.