 

Yamayka
millisinin baş məşqçisi altı qat olimpiya çempionu sprinter Useyn Boltu yığmaya
cəlb etmək istəyir. Sportnet.az-ın məlumatına görə, Vinfrid Şefer yamaykalını
öz komandasında görmək istəyir.
	
Almaniyalı
mütəxəssis fikirlərini belə izah edib: "Bolt yamaykalıdı və mən onu komandamda
görmək istərdim. Bu barədə onun özündən
xahiş edəcəm. Ümid edirəm o ölkəsi üçün oynamağa razılıq verəcək. Bu bizim
ümumi məqsədimizdir”.
	
Şeferin
sözlərinə görə, Boltun milliyə dəvət edilməsi futbol üzrə 2016-cı il Olimpiya
oyunlarından sonraya planlaşdırılır.
	 
Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdir.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































