Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi
Almaniyanın "Saarbrükken” klubu regionalliqada XVI turun oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, səfərdə "Nekarelz”in qonağı olub.
Matçda
hesabı ilk açan tərəf "Saarbrükken” olub. 90 dəqiqə meydanda olan forvard
komandasının yeganə qolunun müəllifi olub. Lakin qələbəni qoruya bilməyən "Saarbrükken”
meydandan 1 xalla ayrılıb – 1:1.
Qeyd edək ki, Dadaşovun komandası 34 xalla 2-ci pillədədir.