"Artıq bütün
diqqətimizi Avropa Liqasına yönəltmişik. "Qarabağ"la səfər oyununa
yollanırıq. Bakıya yalnız qələbə qazanmaq məqsədi ilə gedirik". Bu sözləri
noyabrın 6-da futbol üzrə Avropa Liqasında "Qarabağ"ın qonağı olacaq
Ukrayna"Dnepr"inin futbolçusu Artyom Fedetski klubun rəsmi saytına
açıqlamasında deyib.
Təcrübəli müdafiəçi Ukrayna Premyer Liqası çərçivəsində noyabrın 2-dəKiyev
"Dinamo"suna 0:3 hesablı məğlubiyyətin Azərbaycanda onlara problem
yaratmayacağını düşünür: "Biz növbəti mərhələ şansımızı qorumaq
istəyiriksə, mütləq Bakıdan qələbə ilə dönməliyik. İlk görüşdə Kiyevdə
uduzmağımız "Qarabağ"ınbizdən güclü olması anlamına gəlmir.Heç kim məğlubiyyəti sevmir. Amma futbolda bu da var".
Qeyd edək ki, oktyabrın 23-də Kiyevdə keçirilmiş "Dnepr" -
"Qarabağ" oyununda Azərbaycan təmsilçisi qələbə qazanıb - 1:0. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |