Futbol üzrə Azərbaycan I Divizionda çıxış edən MOİK klubu Premyer Liqaya vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, “hərbiçilər” XXII turda evdə “Keşlə-2”ni 2:1 hesabı ilə məğlub etməklə bunu rəsmiləşdirib.
Bu qələbə sayəsində xalını 56-ya çatdıran MOİK 42 xalla 3-cü pillədə qərarlaşan “Zaqatala” üçün əlçatmaz olub. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 2019/2020 mövsümündə Premyer Liqada yer almaq üçün lisenziyalaşdırma prosesi çərçivəsində tələb olunan bütün sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim etməlidir.
Qeyd edək ki, MOİK elitaya vəsiqəni təmin etsə də, çempionluq mübarizəsi hələ dava edir. Çünki 2-ci yerdəki “Sumqayıt-2” 50 xala malikdir.
12 aprel (cümə)
MOİK 2-1 “Keşlə-2”
( Orxan Həsənov, 16; İbrahim Qədirzadə, 63 // Nurlan Quliyev, 74)
“Səbail-2” 2-3 “Qaradağ Lökbatan”
(Ruslan Hacıyev, 35; Aslan Hüseynov, 42 // Rövşən Şahmuradov, 45; Aqşin Muxtaroğlu, 52 (p.); Emin Mehtiyev, 53)
“Zirə-2” 2-1 “Turan Tovuz”
(Nurlan Rzazadə, 16, 28 // İlkin Sadıqov, 13 (p.))
11 aprel (cümə axşamı)
“Qarabağ-2” 2–1 “Neftçi-2”
(Musa Qurbanlı, 55; Rauf Hüseynli, 90+7 // Ruslan Abışov, 45)
“Ağsu” 2-4 “Zaqatala”
(Ceyhun Rəcəbli, 37; Nicat Əhmədov, 41 // Maqsud Ələkbərov, 8; Roini İsmayılov, 25; Cavad Kazımov, 43; Elşad Əliyev, 58)
“Sumqayıt-2” 4-1 “Sabah-2”
(Səbuhi Abdullazadə, 40; Ülvi Əliyev, 82; Fərid Kərimzadə, 90+3 (p.); Məhəmməd Alıyev, 90+6 // Samir Məmmədov, 8)
“Şüvəlan” 4-0 “Kəpəz”
(Tural Qürbətov, 16; Akif Tağıyev, 33 (p.); Murtuz Abakarov, 45+4; Kənan Mirzəliyev, 87)