1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Bu, həmişəki problemdir, oyunumuza alqış düşür"
"Bu gün komandamız təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi. Bu, həmişəki problemdir. Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Bu komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Bu məğlubiyyət komandaya nə dərəcədə psixoloji təsir edəcək?
- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdır - mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu, baş verəcək. 3 gündən sonra "Qarabağ"la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, baş məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus"u A Seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.
- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?
- Maliyyə problemi yoxdur. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındır. Bu da futbolun yazılmayan qanunudur.
- Kamran Ağayevin durumu nə yerdədi?
- Əli gipsdədir, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandan sonra bilinəcək.
- Davud Kərimi onu əvəz edə bilirmi?
- Gəlin, bu haqda danışmayaq. Səhv hamınındır. Davudun təcrübəsi var. Rəqib ona qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.