
"Neftçi”nin futbolçusu Kirilo Petrov "Səbail”lə səfərdə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununu dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, ukraynalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında heç-heçənin çempionluq uğrunda mübarizələrinə təsir göstərməyəcəyini bildirib. Onun fikrincə, komandası bu gün 2 xal itirib: "Çox təəssüf ki, bu, səhvlərimiz nəticəsində baş verdi. Lakin düşünmürəm ki, bu heç-heçə çempionluq uğrunda mübarizəmizə təsir göstərəcək. Məncə, mübarizə hələ qarşıdadır”.