Azərbaycan milli komandasının qapıçısı Emil Balayev "Tobol"un heyətində Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı qolkiper VI turun "Jetısu" ilə ev oyununda forma geyinib. Start heyətində yer alan Balayev sonadək meydanda olub. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Bununla da ilk dəfə xal itkisi ilə üzləşən "Tobol" 16 xalla 2-ci pillədə qalıb. Turnir cədvəlinə isə 7 oyundan 19 xal toplayan "Astana" başçılıq edir.