
Nepal futbol federasiyasının prezidenti
Qaneş Tapa 120 günlük futbolla bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında məlumat verilib.
Prezidentin bu müddət ərzində həm daxili, həm də beynəlxalq arenada fəaliyyəti dondurulub. Belə ki, 4 ay ərzində Tapa futbol fəaliyyəti ilə məşğul ola bilməyəcək. FİFA bu müddətdə Nepal futbol federasiyasında mümkün korrupsiya pozuntuları haqda hesabat hazırlayacaq.