 

İngiltərənin "Mançester
Yunayted”
klubunun hücumçusu Robin Van Persi Türkiyənin "Fənərbaxça” klubunun maraq
dairəsinə düşüb. Sportnet.az-ın məlumatına görə, "sarı-lacivərdlilər" artıq 31 yaşlı
hollandiyalının agenti ilə əlaqə yaradıblar.
	
	
Lakin
forvardın agenti qış transfer pəncərəsində bu keçidin mümkünsüzlüyünü bildirib.
	
	
Qeyd edək ki, Van Persi bu mövsüm İngiltərə çempionatında "qırmızı şeytanlar”ın heyətində 9 matçda 3 dəfə fərqlənib.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































