Argentina millisinin baş məşqçisi
Xerardo Martino komandasının hücumçusu Lionel Messi barədə fikir bildirib. Sportnet.az-ın
məlumatına görə,
mütəxəssis Messinin optimal formada olmamasından danışıb.
Martino
əvvəlki Messini izləməyə ümid etmədiyini deyib: "Messi optimal formada
deyil. Onu maraqlandıran əsas məsələ budu. Leo ilə baş verənlər
"Barselona"da baş verən hadisələrdən qaynaqlanır. Lider mövqeyində
uzun müddət qalmaq? Düşünmürəm ki, əvvəlki Messini bir daha görəcəyik. O,
futbolda özünün ən yaxşı versiyasını axtarır. Biz də ona kömək etməliyik".
Qeyd edək ki, Messi "Barselona"da bu mövsüm çıxıdığı 10 oyunda 7 qol və 8 məhsuldar ötürmə edib.