"Barselona"nın forvardı Luis
Suares Çempionlar Liqasının qrup mərhələsində "Ayaks"la oyundan sonra maraqlı açıqlamalar verib. Sportnet.az-ın
məlumatına görə, o, Messi və Neymara tərif
bildirib.
Suares Messi və Neymarla birlikdə dünyanın ən yaxşı hücum üçlüsü olduqlarını qeyd edib: "Fikrimcə, dünyanın ən yaxşı hücum xəttinə sahibik. Çox çalışırıq və hər gün daha da yaxşı olmaq üçün əlimizdən gələni edirik. "Barselona"dakı günlərim əyləncəli keçir. Çünki burda oynamaq xəyalım idi. Amsterdamı yenidən görmək gözəl idi. "Ayaks" yaxşı oynadı və birinci hissədə pressinqdən yaxşı istifadə etdilər. Amsterdamda oynamaq asan deyil. Daha da yaxşı komanda olacaqlar".