Futbol
üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin
hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor” doğma arenada
"Əskişəhərspor”la üz-üzə gəlib.
Görüş
1:1 hesablı heç-heçə ilə başa çatıb. Futbolçumuz isə oyunun 55-ci dəqiqəsində
meydana daxil olub və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, hazırda Sivas təmsilçisi 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.