Misirin paytaxtı Qahirədə futbol üzrə Afrika Millətlər Kuboku start götürüb.
Sportnet.az xəbər verir ki, turnirin açılış oyununda meydan sahibləri Zimbabve ilə qarşılaşıblar. Matç Misirin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində 41-ci dəqiqədə Mahmud Hassan fərqlənib.
Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarışa iyulun 19-da yekun vurulacaq.
Bu gün Konqo DR - Uqanda, Nigeriya - Burundi və Qvineya – Madaqaskar oyunları keçiriləcək.
Qeyd edək ki, yarışın sonuncu qalibi Kamerun yığması olub. Turnirin ən titullu komandası isə hesabında 7 çempionluq olan Misirdir.