"Barselona”
klubunun futbolçusu Neymar İstanbula gəlib. Sportnet.az-ın məlumaına görə,
futbolçu 12 noyabrda Braziliya milli komandasının Türkiyə ilə keçirəcəyi
yoldaşlıq görüşündə iştirak edəcək.
Türk
Hava Yollarının təyyarəsi ilə gələn futbolçu gecə saatlarında İstanbul Atatürk
Hava Limanına çatıb. Burada Braziliyalı özəl xidmət ilə qarşılanıb. Passport
yoxlanışından keçən Neymar heyranları ilə də şəkil çəkirib.
Daha sonra futbolçu TFF-nin xüsusi maşını ilə hava limanından ayrılıb.