"Borussiya” klubunun müdafiəçisi
zədə səbəbindən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Sportnet.az-ın
məlumatına görə, Sokratis Papastopulos Bundesliqanın XI turu çərçivəsində keçirilən
oyunda zədə alıb.
Münhenqladbax "Borussiya”sını
qəbul edən dortmundluların müdafiəçisi baldır sümüyün zədələnib. Həkimlər ona
baldır sümüyünündə sınıq diaqnostikası
qoyublar. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun 26 noyabr,
Çempionlar Liqasının qrup mərhələsi oyununda "Arsenal”a qarşı matçda forma
geyinəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, həmin qarşılaşmada dortmundlular rəqibini minimal hesabla məğlub ediblər – 1:0.