"Barselona”
klubunun müdafiəçisi Xerard Pike komandasını dəyişə bilər. Sportnet.az-ın
məlumatına görə, futbolçu baş məşqçi Luis Enrikenin rəhbərliyi altında şansının
az olduğunu bildirib.
Baş məşqçi son 3 oyunda Pikenin
xidmətinə ehtiyac duymayıb. Buna səbəb futbolçunun qarşılaşmaların birində
mobil telefondan istifadə etməsi və məşqçinin buna görə futbolçunu
cəzalandırmasıdır. Lakin məşqçi bunun cəza ilə əlaqəsi olmadığını, texniki
qərar olduğunu vurğulayıb.
Qeyd edək ki, Pike bu mövsüm "Barselona”nın heyətində İspaniya çempionatında 6 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.