
Fransanın PSJ klubunun yarımmüdafiəçisi
Blez Matyudinin sağ əli qırılıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı
futbolçunun zədəsi ciddidir.
PSJ-nin yarımmüdafiəçisi çempionatın XIII
turunda "Marsel”lə oyunu sona kimi davam etdirə bilməyib. Futbolçunun sağalma
müddəti hələ məlum deyil.
Buna görə də, Matyudinin Fransa millisinin Albaniya və İsveç yığmaları ilə oyununda çıxış etməsi mümkün olmayacaq. Onun əvəzinə milli komandaya "Lion”un yarımmüdafiəçisi Maksim Qonalon cəlb edilib.