"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstan "Astana"sının sükanı arxasından kənarlaşdırıla bilər.
Sportnet.az-ın sport.ua-ya istinadən verdiyi məlumata görə, klub rəhbərliyi komandanın son nəticələrindən narazıdır. Bildirilir ki, "Astana" Çempionlar Liqasının I təsnifat mərhələsində Rumıniya ÇFR-ini üstələyə bilməsə, Qriqorçuk qovulacaq.
Artıq onun əvəzləyicisi də məlumdur. Həmin şəxs Ukrayna "Zarya"sının sabiq baş məşqçisi Yuri Vernidubdur.
Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"ni 2018-ci il mayın sonlarında tərk edib.