Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rerras Faykalla iki illik müqavilə bağlanılıb. 26 yaşlı mərakeşli müdafiəçi son olaraq Fransanın "Bezye" klubunda çıxış edib.
Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.