2019/2020 mövsümü üçün hazırlıqlarını Türkiyənin paytaxtı Ankaradakı Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Kızılcahamam stadionunda Rumıniyanın “Petrolul Ploieşti” komandası ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Yoxlama oyunu
“Sumqayıt” – “Petrolul Ploieşti” - 2:2
Qollar: Şəhriyar Əliyev, 16; Rüfət Abdullazadə, 38 – Antoniu Manolache, 4; Willian Pozo-Venta, 77
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Vurğun Hüseynov (k) 4. Şəhriyar Əliyev 6. Vüqar Mustafayev 9. Amil Yunanov 10. Əmir Ağayev 14. Elvin Bədəlov 18. Süleyman Əhmədov 20. Rüfət Abdullazadə 25. Baxşəli Baxşəliyev 44. Elvin Cəfərquliyev
Meydana sonradan daxil olanlar: 13. Aydın Bayramov 2. Rail Məlikov 5. Adil Nağıyev 7. Ehtiram Şahverdiyev 11. Elgün Nəbiyev 27. İsmayıl Babayev 97. Xəyal Nəcəfov
Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama oyununu 24 iyul tarixində Türkmənistan təmsilçisi “Ahal”a qarşı keçirəcək.