
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"ın qonağı olan "Neftçi" Rusiyanın Tula şəhərində dəstəksiz qalmayacaq.
Sportnet.az-ın Tulaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, həm Azərbaycandan gələn bir qrup tərəfdar, həm də Rusiyada yaşayan azərbaycanlılar oyunun baş tutacağı "Arsenal" stadionunda tribunada olacaqlar.
Onların sayının, təxminən, 300 nəfərə qədər olacağı gözlənilir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.