
“Sabah” klubu futbolçusu Eltun Turabovu icarəyə verib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 22 yaşlı müdafiəçi qarşıdakı mövsümdə Albaniya Super Liqasının debütantı “Biliş”də çıxış edəcək. İmzalama mərasimində “Biliş” klubunun prezidenti Besnik Kapplanaj da iştirak edib.
Qeyd edək ki, Eltun Turabovun transferi AFFA-nın da iştirakı ilə gerçəkləşib.